Məktəbli avtobusu qəzaya uğradı - 22 şagird öldü

mektebli-avtobusu-qezaya-ugradi
Oxunma sayı: 1951

Nigeriyanın Kano ştatında ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində azı 22 məktəbli və avtobusun sürücüsü həlak olub. Daha 3 nəfər isə xəsarət alıb. Ölənlərdən 12-si oğlan 10 isə qız şagird olub.

Məktəblilərin yerli radiostansiyaya ekskursiyaya aparıldığı bildirilib.

Polisin məlumatına görə, qəzaya hər iki sürücünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.