Məktəblilər arasında olimpiada keçirildi

mektebliler-arasinda-olimpiada-kecirildi
Oxunma sayı: 1835

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  yarışın sualları texniki sahə və dünya görüşü ilə əlaqəli olduğu üçün yarışma “STEM Plus” adlandırılıb.

Məktəblilərdən ibarət 50-dək komandanın qatıldığı yarış olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Şagirdlər mühəndislik, texnologiya, riyaziyyat və elmin müxtəlif sahələri ilə bağlı sualları cavablandırıblar.

Yekunda Bakı şəhər 280 nömrəli orta məktəb birinci, 299 və 121 saylı orta məktəblər isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Sonda qalib gələn komandalar diplom və mükafatlarla təltif edilib.