Məktəblilər cinayət törətdi

mektebliler-cinayet-toretdi
Oxunma sayı: 654

Yanvarın 24-ü saat 11:50 radələrində, Bakıxanov qəsəbəsi Məktəbli küçəsində yerləşən 12 saylı litseydə, orada oxuyanlar, Bakı şəhər sakinləri Ramin Novruzov Ramil Məmmədovu döyüb bədən xəsarəti yetirib, o, 3 saylı ŞKX-yə yerləşdirilib. R.Novruzovun tutulması üçün Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.

Yanvarın 25-i saat 00:20 radələrində, H.Əliyev prospektində, Bakı şəhər sakini Mais Məmmədov idarə etdiyi «Land Cruzer» markalı avtomaşının idarəetməsini itirərək aşırıb, nəticədə hadisə yerində ölüb.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Dəmirovdan 7,62 millimetrlik «Naqan» baraban tipli tapança və həmin silaha aid 3 ədəd patron götürülüb.

2012-ci ilin sentyabrın 26-da, Bakı şəhər sakinləri Fəqan Səfərov Seymur Məmmədova məxsus «BMV» markalı avtomaşını saxta sənədlə 4800 manata satdığına görə, Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ağstafa rayon sakini Aslan Cəfərovdan 465 qram marixuana aşkar edilərək götürülüb.