Məktəblilər gələcəklərini kodlaşdıracaq

mektebliler-geleceklerini-kodlasdiracaq
Oxunma sayı: 1692

Avqustun 14-də bir qrup maarifçi gənclərin təşəbbüsü ilə ərsəyə gələn “Gələcəyi kodlaşdır” (Code for Future) layihəsinə start verilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, ilk olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan, VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilərə kodlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və Python kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar.

Layihədə 6-15 sentyabr 2018-ci il tarixlərində seçilmiş 45 məcburi köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris keçirilməsi planlaşdırılır. Əksəriyyəti qızlardan ibarət olan seçilmiş tələbələrə təlimlər xüsusi təşkil edilmiş tədris düşərgəsində (“Bootcamp”) keçirilcək.

Layihədə iştirak edəcək şagirdlər sentyabr ayın əvvəlində müsabiqə yolu ilə seçiləcək. Seçilmiş şagirdlərə “Code Academy”nin peşəkar təlimçiləri 10 gün ərzində intensiv kodlaşdırma öyrədəcəklər. Təlim zamanı fərqlənən iştirakçıların kompüter və mobil telefon kimi dəyərli hədiyyələr və “Code Academy”də təhsil almaq imkanı əldə edəcəklər.