Məktəblilər Memorial Soyqırım muzeyində

mektebliler-memorial-soyqirim-muzeyinde
Oxunma sayı: 1057

Xocalı soyqırımının  iyirmi altıncı ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar.

“Qafqazinfo” xəbər verir ki, ekskursiya zamanı bələdçi muzey haqda məlumat verib, Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə olduğunu qeyd edib. 

Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.

Muzeylə tanışlıqdan sonra şagirdlər Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxıblar.