Məktəblilərə deputat hədiyyəsi

mekteblilere-deputat-hediyyesi
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, xəritələr keçməcəli (pazl) şəkildədir və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilib. Görüşdə F. Muradov bildirib ki, əsas məqsəd ölkəmizin ərazi bütövlüyü məsələsində prezident İlham Əliyevin qətiyyətli mövqeyinə Azərbaycan gənclərinin mövcud dəstəyinin nümayiş etdirilməsi və eyni zamanda məktəblilərin ölkəmizin regionları, xüsusən də işğal altında olan rayon və şəhərlərimiz haqqında daha mükəmməl biliklər əldə etməsidir.

Qeyd edək ki, “Vətəni tanı” Ümumrespublika kampaniyası “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına salınıb və hər il keçirilməsi nəzərdə tutulub.