Məktəblilərin qış tətili 2 gün azalacaq?

mekteblilerin-qis-tetili-2-gun-azalacaq
Oxunma sayı: 2577

Təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.  

Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.