“Məktəblilərin vurulması halı minimuma endirilib” - Vaqif Əsədov

mekteblilerin-vurulmasi-hali-minimuma-endirilib
Oxunma sayı: 933

Bu gün Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə paytaxtda yerləşən 276 nömrəli orta məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, şagirdlər qarşısında çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaqdan ibarətdir. V.Əsədov həmçinin bildirib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.

Görüş zamanı şagirdləri maraqlandıran suallara cavab verilib. Tədbirdə aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim edilib.