Məktəblimiz beynəlxalq müsabiqədə yer tutdu

mekteblimiz-beynelxalq-musabiqede-yer-tutdu
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, dünyanın bir çox ölkələrindən gəlmiş iştirakçılar arasında azərbaycanlı həmyerlilərimiz fortopianoda öz ifaları ilə fərqlənərək böyük uğurlar qazanıblar. T.Quliyev adına 12 saylı musiqi məktəbinin 3-cü sinif şagirdi Ayan Məmmədlinin, 35 saylı musiqi məktəbinin şagirdləri Maqsud Musazadənin, Suada Hacızadənin və Fidan Tağıyevanın fortepianoda ifaları, dünya şöhrətli musiqiçi Mixayıl Kozenikin sədrlik etdiyi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Ayan Məmmədli konkursda 7-10 yaşlı ifaçılar arasında III yerin qalibi, 11-14 yaşlı ifaçılar arasında Suada Hacızadə II yerin qalibi, Maqsud Musazadə və Fidan Tağıyeva isə III yerin qalibi olaraq Beynəlxalq müsabiqə laureatı olublar. Konkursun növbəti mərhələsində 10 yaşlı Ayan Məmmədli İ. S. Baxın əsərlərinin ifası üzrə keçirilən yarışmada I yerin qalibi olub, Beynəlxalq müsabiqədə bu qələbə ilə Azərbaycan Respublikasının üç rəngli bayrağının qalxmasına və dövlət himnimizin səsləndirilməsinə nail olub.