Melaniya başını Ər-Riyadda deyil, Vatikanda bağladı...

melaniya-basini-er-riyadda-deyil-vatikanda-bagladi
Oxunma sayı: 657

ABŞ prezidenti Donald Tramp ilk xarici turu çərçivəsində Səudiyyə Ərəbistanı və İsraildən sonra bu gün Vatikana səfərə gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Roma papası Fransisklə görüşdə yenə də ən diqqət çəkən şəxs birinci xanım Melaniya Tramp olub. 

Belə ki, Ər-Riyad səfəri zamanı başını örtməyən Melaniyanın Vatikan səfərində örtməsi diqqət çəkən məqam olub. Xatırladaq ki, Tramp Səudiyyə Ərəbistanı səfərindən 300 milyard dollarlıq sazişlə ayrılmışdı.