Melaniya bu dəfə də Trampın əlini geri çevirdi - Video

melaniya-bu-defe-de-trampin-elini-geri-cevirdi
Oxunma sayı: 12435

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Biricit Makronu qarşılama mərasimində Donald Tramp və həyat yoldaşı Melaniya Tramp arasında əl-ələ tutmaq üstündə kriz yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, foto çəkilişi zamanı D.Tramp həyat yoldaşının əlini tutmaq istəsə də, M.Tramp bu istəyi geri çevirib. O, bir neçə cəhddən sonra əl-ələ tutmağa razı olub.

Amerikanın birinci xanımı qırmızı xalçada yürüyən zaman isə halından razı olmadığını bədən dili ilə nümayiş etdirib. Xalçadan keçdikdən dərhal sonra isə əlini buraxıb və iki addım arxadan gedərək yoluna davam edib.

Xatırladaq ki, Melaniya Tramp 2017-ci ildə İsrailə səfər zamanı Donald Trampın əlini tutmaqdan imtina etmişdi.