“Melaniya onu boşasa...” - Trampdan təhdid iddiası

melaniya-onu-bosasa
Oxunma sayı: 3849

Ağ Evin keçmiş müşavirlərindən olan Omarosa Maniqolt ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanı ondan boşanacağı təqdirdə intiqam almaqla təhdid etdiyini iddia edib.

“Qafqazinfo” xəbər verir ki, müşavirlik postundan qovulan Maniqolt öz kitabında Trampın sloveniya əsilli Melaniyanı boşanacağı halda vətəndaşlıqdan çıxarmaqla təhdid etdiyini yazıb. 

O, kitabında “Əgər Melaniya prezidentin səlahiyyət müddəti başa çatmadan onu aşağılayacaq hər hansı addım atar və boşanmağa qərar verərsə, Tramp onu cəzalandırmağın bir yolunu tapar” ifadələrinə yer verib. 

Eks-müşavir Melaniyanın 1996-cı ildə yüksək istedadlı insanlara verilən “Einstein” (EB-1) vizası ilə ABŞ-a yerləşdiyini və bu vizanı almaqda ona Trampın yardım etdiyini iddia edir. 

Maniqolt Melaniyanın vətəndaşlıqdan çıxarılması üçün Trampın viza prosedurunda qanun pozuntusuna yol verildiyini etiraf edəcəyini vurğulayıb.