Melaniya Tramp 15 gündür ortalıqda niyə görünmür?

melaniya-tramp-15-gundur-ortaliqda-niye-gorunmur
Oxunma sayı: 2681

Bir qədər əvvəl böyrək əməliyyatı olunan ABŞ-ın birinci xanımı Melaniya Tramp 15 gündür ortalıqda görünmür.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, prezident Donald Trampın "əməliyyat uğurlu keçdi" açıqlamasından sonra heç bir şəkildə görüntülənməyən Melaniyanın səhhətinin pis olduğu, hələ də sağalmadığı iddia olunur.

Bu yaxınlarda Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Donald Tramp "Melaniya yaxşıdır. Hətta indi bizə baxır" deyərək əli ilə pəncərəni göstərmişdi. Ancaq kameralar Ağ Evin heç bir pəncərəsində birinci xanımı lentə ala bilməmişdi.