Melaniya Trampın dublyoru var?

melaniya-trampin-dublyoru-var
Oxunma sayı: 1699

ABŞ-da prezident Donald Trampın bəzi səfərlərdə özü ilə birinci ledi Melaniya Trampı deyil, dublyorunu götürdüyünə dair iddialar dolaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün baş tutan Porto Rika səfərindən sonra bu iddialar daha da güclənib. Melaniyanın soyuq davranışı, böyük günəş eynəyi və hər zamankından fərqli görünən burnu müzakirələrə səbəb olub. 

Həmin səfər zamanı Trampın çıxışı da şübhələri artırıb. “Mənimlə birgə bura gələn həyat yoldaşım Melaniya Tramp” cümləsini bir çoxları birinci ledinin əslində orada olmaması, Trampın isə bunun əksinə inandırmağa cəhdi kimi dəyərləndiriblər.