Melaniya Trampın Misir səfəri neçəyə başa gəlib?

melaniya-trampin-misir-seferi-neceye-basa-gelib
Oxunma sayı: 3004

ABŞ-ın birinci xanımı Melaniya Trampın Misir səfəri zamanı qaldığı “İntermonticon Cairo Semiramis” otelindəki xərcləri açıqlanıb.

“Qafqazinfo” “The Hill”ə istinadən xəbər verir ki, federal hesabatın məlumatlarına görə, prezidentin xanımının otel xərcləri  95 min dollara başa gəlib.

Məbləğin ayrı-ayrılıqda nəyə xərcləndiyi açıqlanmır. 

Qeyd edək ki, Melaniya Trampın qaldığı oteldə bir gecənin qiyməti 119-699 dollar arasında dəyişir.