Melaniyanın plaşındakı “Vecimə deyil” yazısına - Trampdan tvitterdə reaksiya

melaniyanin-plasindaki-vecime-deyil-yazisina
Oxunma sayı: 1912

ABŞ-da uşaqların ailələrindən zorla alınaraq qaçqın düşərgələrinə verilməsi ilə bağlı Tramp administrasiyasının qərarına etiraz edən ölkənin birinci ledisi geyindiyi plaşla qınaq hədəfinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, Texasda uşaqların qaldığı düşərgəyə baş çəkmək üçün Vaşinqtonda təyyarə minən Melaniya Trampın plaşının üstündəki “Həqiqətən vecimə deyil, bəs sənin?” yazısı ölkədə əsas müzakirə mövzularından bir olub. 

Birinci ledinin sözçüsü geyimdə gizli mesajın olmadığını bildirib. Sosial şəbəkə istifadəçiləri isə plaşın qiymətini və markasını araşdırıblar. Məlum olub ki, “Zara” istehsalı olan geyim ABŞ-da 39 dollara satılır. 

ABŞ prezidenti Donald Tramp da tvitter hesabından tənqidlərə dərhal reaksiya verib. Dövlət başçısı yazının saxta xəbərlərə cavab olduğunu deyib. 

Qeyd edək ki, birinci ledi mayda böyrəklərindən əməliyyat olunduqdan sonra uzun müddət mediaya çıxmayıb.