“Melaniyaya hədiyyə almağa vaxtım yoxdur”

melaniyaya-hediyye-almaga-vaxtim-yoxdur
Oxunma sayı: 2278

Aprelin 26-da 48 yaşı tamam olan Melaniya Trampa nə hədiyyə alması ilə bağlı suala ABŞ prezidenti gözlənilməz cavab verib.

“Qafqazinfo” xəbər verir ki,  televiziya proqramlarından birində qonaq olan Tramp gülərək “ən yaxşısı mən suala cavab verməyim, çünki özümə problem yaratmış ola bilərəm” sözlərini işlədib:

“Ona çox şey almamış ola bilərəm. Sizə bu qədərini deyim ki, gözəl bir açıqca və gül buketi hədiyyə etdim. Mən hədiyyə almağa vaxt sərf etmək üçün çox məşğulam”.