Melburnda yeni məscid tikiləcək

melburnda-yeni-mescid-tikilecek-
Oxunma sayı: 645

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Avstraliyanın Melburn şəhərində Əmir Sultan məscid kompleksi yenidən inşa ediləcək. Ötən gün keçirilən məscid kompleksinin təməlqoyma mərasimində Türkiyənin Melburndakı konsulu Sərdar Çingiz, Avstraliya Fəhlə Partiyasının üzvü Adəm Somürək və digər rəsmilər iştirak ediblər.

Mərasimdə çıxış edən Somürək məscid kompleksinin yenidən inşası üçün tələb olunan 2,5 milyon dollarlıq vəsaitin türk xalqı tərəfindən toplanacağından əmin olduğunu deyib.

İnşaat işlərinin layihə rəhbəri olan Süleyman Şahingöz isə kompleksin tikintisinə indiyədək sərf olunan 900 min dolların Melburn əhalisi tərəfindən ödənildiyini deyərək, Əmir Sultan məscidinin ibadət yeri olmaqla yanaşı, bölgədə məskunlaşan 50 müxtəlif etnik qrupa sosial xidmətlər də göstərdiyini bildirib.

Habelə o, cümə günləri insanlara müsəlman olub-olmamasından asılı olmayaraq, pulsuz yemək verildiyini də qeyd edib.