Mələk öldü...

melek-oldu
Oxunma sayı: 1093

Türkiyənin ən reytinqli seriallarından biri olan "İçerde"də daha bir ayrılıq baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu dəfə serialın əsas qəhrəmanlarından biri "Melek" obrazını canlandıran Bensu Soral layihə ilə vidalaşıb.

Belə ki, ötən bölümdə yaralanan aktrisanın bugünkü seriyada ölüm səhnəsi reallaşıb.

Bensu Soral isə sosial şəbəkədəki hesabında serialın yaradıcı heyətinə təşəkkür edib.