Məleykə Abbaszadə Bakı Dövlət Universitetində

Məleykə Abbaszadə Bakı Dövlət Universitetində
Oxunma sayı: 6

Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbirdə rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu susteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi  məqsədilə keçirilir.  

Rektor dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsindən, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılmasından bəhs edib. 

Sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirib. Qeyd edib ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. 

Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandırıb.  



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi