Məleykə Abbaszadə yenə də Misir Mərdanova “ilişdi”

meleyke-abbaszade-yene-de-misir-merdanova-ilisdi
Oxunma sayı: 631

“150-200 bal arasında bal yığan abituriyentlərin ali məktəblərdə təhsil alma səviyyəsini izləyəcəyik”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatı zamanı canlı yayımda səsləndirib.

Onun sözlərinə görə, ən yüksək bal yığan abituriyentlər dövlət sifarişli yerlərdə təhsil alır. Məleykə Abbaszadə buraxılış imtahanlarına da münasibət bildirib. Bizim apardığımız buraxılış imtahanları zamanı əlaçıların əksəriyyəti imtahandan azad olunub. Əlaçıların qiymətləri cədvəldə göstərildiyi kimi yaşıl, sarı, qırmızı yox, göy bənövşəyi rəngdə olmalıdır. Cədvəldə gördüyümüz kimi, məktəbdəki qiymətləndirmə ilə qəbul imatahanlarındakı qiymətləndirmə arasında nə qədər fərq var. Məleykə Abbaszadə imtahanda iştirak edən məzunlarının 0-100 faiz arasında nəticə göstərən rayonların da adlarını çəkib. Bunlar Naftalan, Ucar, Hacıqabul, Ucar, Culfa və s rayonlardır.

Məleykə Abbaszadə orta məktəblərdə təhsilin səviyyəsini tənqid edib.

***

TQDK sədri bildirib ki, buraxılış imatahanlarını ilk dəfə bu il biz aparmışıq: “İmtahanda iştirak edənlərin sayı 9-cu sinif üzrə 117363, 11-ci sinif üzrə isə 78539 nəfərdir. İmtahanda iştirak etməyənlərin sayı 9-cu sinif üzrə 12920, 11-ci sinif üzrə 8046 nəfərdir. İmtahandan azad olunanlar 9-cu sinif üzrə 851 nəfər ,11-sinif üzrə 833 , naməlum səbələrdən imtahanlarda iştirak etməyənlər isə 9-cu sinif üzrə 10286, 11-ci sinif üzrə isə 5733 nəfərdir.

Nəzərdə tutulmuşdu ki, 30 sualdan 8-ni cavablandıran 3 almalı idi. Amma biz 5 suala cavab verənə 3 verməli oldu .Biz onları hüquqi cəhətdən cəzalandırmadıq. Çünki məktəblərin vəziyyəti bizə məlumdur.
Naməlum səbəblərdən iştirak etməyənlər təkrar imatahanlara da gəlməyiblər. Bu uşaqlar hardadır? Əgər bu uşaqlar bir müddətdən sonra bizə attestatlarını təqdim etsələr, biz ciddi düşünəcəyik bu barədə. Bu uşaqların siyahısını rəqəmlərlə təhsil şöbələrinə göndərmişik. Araşdırın, baxın görün hardadırlar?. Bəlkə Rusiyaya gediblər. Tapın.Buraxılış imtahanlarında ən yüksək nəticəni Qax rayonu göstərib. Qəbul imtahanlarında isə ən yüksək nəticəni isə Qəbələ şəhəri göstərib”.

Günel