Məleykə Əsədova yayılan şəkildən danışdı - “Ay yazıqlar…”

Məleykə Əsədova yayılan şəkildən danışdı
Oxunma sayı: 7619

“Bu gün Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasının ilk baxışı oldu. Tamaşanın resjissorunu və aktyor yoldaşlarımı, təbii ki, özümü təbrik edirəm. Tamaşa haqqında eşitdiyim xoş sözlər məni məmnun etdi. Bəli, bu gün səhnədə çox çətin, məsuliyyətli obraza imza atdım. Sevinənlər daha çoxdur. Amma sevinməyənlər, qısqananlar isə neüçə gündür əl-ayaqdadırlar”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova rəsmi instaqram hesabında yazıb. 

Məşhur aktrisa onun fotolarını eybəcər hala salaraq paylaşan şəxslərə müraciət edib:

“Şəkillərimi eybəcər hala salıb sosial şəbəkədə yayırlar. Bəzi saytlar, sənəti olmayan dırnaqrası jurnalistlər reytinq toplamaq xatirinə düzəldilmiş şəkilləri yaymaqla məşğul olurlar. Mənim şans yollarımı, istedadımı Allah verib.  Allaha qarşı gələn insanlara elə Allah qənim olsun. Bunları edən insanlar təbii ki, varlığımı, istedadımı çəkə bilməyənlərdir. Ay yazıqlar, gözəllik qalıcı deyil, gedir. Amma insani keyfiyyətlərimizi itirməyək.  Bu gözəl ayda dualar edin ki, sizin də üzünüzə nur gəlsin. Hər uğur qazandığım zaman mənə qarşı edilən çirkin taktikalara öyrənmişəm.

Yazıqlar olsun,çox təəssüf! Bu hərəkəti edən insanlara gülürəm. Onlara demək istəyirəm ki, mən varam! Bu gün çətin bir obrazı oynadım. Siz etdiyiniz hərəkətlə məni ruhdan salmaq istədiz, amma əksinə ruhlandım. Səhnədə alqışlar və gözəl fikirlər mükafatım oldu. Gedin həyatınızla, ailənizlə məşğul olun. Yaxşılıq edə bilmirsizsə, pislik etməyin, paxıllıqdan uzaq olun”. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi