“Məleykə, özünü biabır etmə...” - Xalq artisti əsəbiləşdi

meleyke-ozunu-biabir-etme
Oxunma sayı: 11287

Xalq artisti Ramiz Məlik həmkarı, xalq artisti Məleykə Əsədovanın geyimlərinə irad bildirib. “Qafqazinfo” xəbər verir ki, tanınmış aktyor “facebook” sosial şəbəkəsində Əsədovaya məsləhət verib:

“Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”.

“Qafqazinfo” mövzu ilə bağlı Ramiz Məliklə əlaqə saxlayıb. Aktyor sosial şəbəkədəki hesabın ona aid olduğunu, aktrisanı isə təhqir etmədiyini söyləyib:

“Şərhi yazan profil mənə məxsusdur. Boynuma alıram ki, mən yazmışam. Bir ağsaqqal kimi ona tövsiyə etmişəm. Məleykə, sən “Azdrama”nın kollektivinə hörmət elə. Başqa şey deməmişəm. Mən onu təhqir etməmişəm. Özünə hörmət etmirsə, teatr kollektivinə hörmət etsin. Niyə onun haqqında belə yazsınlar? Təkcə xalq artisti odur? Bu qədər”.