Məlih Gökçək 23 illik vəzifəsindən getdi - Rəsmi

Məlih Gökçək 23 illik vəzifəsindən getdi
Oxunma sayı: 1981

Xəbər verdiyimiz kimi, Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək prezident Rəcəb Tayyib Ərdoğanın tələbi ilə 28 oktyabrda vəzifəsindən istefa edəcəyini açıqlamışdı.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Gökçək mətbuat konfansı keçirərək istefasını rəsmən elan edib.

O, 23 illik fasiləsiz icra etdiyi vəzifəsindən qorxduğu üçün deyil, Türkiyəni lidr ölkə edəcəyinə inandığı Ərdoğanın tələbi olduğu üçün getdiyini deyib:

“Mən illərimi AKP-yə həsr etmiş biriyəm. Mən bir qayə adamıyam. Mənim qayəmdə nəfsə uymaq yoxdur. Mənim qayəmdə əmir dəmiri kəsər. Mən istefa verməyərək partiyam üçün səs itkisinə səbəb olarsam, haqsızlıq etmiş olaram. Yoruğun və ya uğursuz olduğum üçün deyil, sadəcə liderimiz Rəcəb Tayyib Ərdoğanın tələbini yerinə yetirmək üçün istefa verirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi