“Memar Əcəmi-2” də yenilik olacaq

memar-ecemi-2-de-yenilik-olacaq
Oxunma sayı: 647

SalamNews-un məlumatına görə, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, inşaatçılar xəttin ikinci stansiyasının tikintisində həlledici mərhələyə qədəm qoyacaqlar. Qazma maşınlarından biri «Herrenknext» stansiya ərazisini tərk edərək, növbəti — Ceyhun Səlimov küçəsində, hərbi hospitalın yaxınlığında yerləşən dayanacağına üz tutub. Həmin istiqamətdə ikinci tunelin də qazıntısının başlanması üçün digər tunelqazma kompleksi də «Memar Əcəmi-2» stansiyasının altından keçməlidir.

Buna görə də, avqustun birinci yarısında olduğu kimi, «20 Yanvar-Dərnəgül» istiqamətində olan stansiyalar müvəqqəti bağlanmalıdır. İnşaat işlərini sərnişinlərin təhlükəsizliyini təmin etməklə risksiz yerinə yetirmək üçün vacib addımdır. Yaxın günlərdə həmin istiqamətdə «Robins» tunelqazma kompleksi keçəcək. Bundan sonra stansiyanın inşaatçılarına geniş meydan veriləcək.