Məmişovdan insan sümükləri üzərində tikinti aparmasına - Münasibət

Məmişovdan insan sümükləri üzərində tikinti aparmasına
Oxunma sayı: 1543

“Biz əminik ki, Babuşkina küçəsində aparılan inşaatla bağlı məsələ süni şəkildə şişirdilir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az-a “Konrad” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Rəşadə Orucova açıqlama verib.

Onun sözlərinə görə, layihənin təkcə düşmənləri yox, eyni zamanda, çoxsaylı tərəfdarları var.

“Tikinti qruntun dərin qazılaraq çıxarılması ilə başladı. Buna əlavə olaraq deyə bilərəm ki, Ticarət-Əyləncə Kompleksinin tikintisinə ayrılmış ərazi 0,29 hektar sahədən ibarətdir. Bu, bundan əvvəl “Sputnik” kinoteatrının tikintisinə ayrılmış ərazidən daha kiçikdir.

Rusiya Dövlət İnzibati-Texniki Müfəttişliyinin orderinə görə, tikinti şəhərciyi üçün ayrılmış ərazi binanı tikən şirkətin mülkiyyətində olan torpaq sahəsindən böyükdür. Bu ərazi tikinti vaqonları və müvəqqəti yol qurğularının yerləşdirilməsi üçün icarəyə götürülüb.

Tikinti yalnız 0.29 ha torpaq sahəsində aparılır ki, bu “Sputnik” kinoteatrı və mühəndis kommunikasiyalarının balansında olan torpaq sahələrindən dəfələrlə kiçikdir, ikincisi, Kuybış  rayon məhkəməsi qərarında  istifadəsi mümkün olduğu göstərilən sahədən kiçikdir.

2013-cü ildə müdafiəçilər məhkəməyə iddia qaldırıb ki, nəticədə məhkəmə bütün materialları, o cümlədən arxiv materiallarını araşdırıb”.

R.Orucova bildirib ki, bunun nəticəsində məhkəmə 8243 kv.m sahənin qəbiristanlıq sahəsi olmadığını müəyyən edərək bu barədə müvafiq qərar verib.

Qeyd edək ki, “Konrad” Şirkətlər Qrupunun sahibi Vaqif Məmişovdur. Məmişov Masallı rayonunda doğulub. 2016-cı ilin hesablamalarına görə, onun varidatı 500 milyon dollara yaxındır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi