Məmməd Musayev 4-cü dəfə eyni vəzifəyə seçildi

memmed-musayev-4-cu-defe-eyni-vezifeye-secildi
Oxunma sayı: 4581

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev yenidən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Şurasının sədr müavini vəzifəsinə seçilib.

ASK-dan “Qafqazinfo”ya verilən məlumata görə, Məmməd Musayev sayca dördüncü dəfədir bu vəzifəyə seçilir.

Qeyd edək ki, ASK 2001-ci ildən etibarən SSBK-də təmsil olunur.