“Məmmədov 40 minlik qol saatı taxır” - Məşhur saatsaz

memmedov-40-minlik-qol-saati-taxir
Oxunma sayı: 6840

Son vaxtlar Azərbaycanda bəzi peşələrin unudulduğu bildirilir. Bunlara saatsaz, pinəçi, xarrat, bənna, zərgər və s. aiddir.

“Qafqazinfo” xəbər verir ki, məşhur saatsaz Hacı Fətəliyev Modern.az-a deyib ki, vəziyyət heç də deyildiyi qədər deyil. O bildirib ki, gün ərzində 5-6 nəfər saatının təmiri üçün ona müraciət edir:

“Onlar arasında sadə vətəndaşlar da var, vəzifəlilər də, keçmiş DTK-çı da var”.
 
Saatsaz deyib ki, Azərbaycanda saat kolleksiyaları toplayanlar tez-tez ona müraciət edirlər:

“Yeni saat almaq istəyəndə məsələhət üçün gələnlər də olur. Olur ki, kimsə bahalı saat almaq istəyir, mənə tapşırır, alıb gətirirəm”.

H.Fətəliyevin sözlərinə görə, indiyədək ona müraciət edənlər arasında ən bahalı saatın sahibi müğənni Cavanşir Məmmədov olub:

“Cavanşir Məmmədov 40 minlik saat taxır, neçə dəfə xarab olub, gətirib düzəltmişəm. Ədalət Şükürov da bahalı saatlar taxır. O da bir neçə dəfə yanıma gəlib. Deputatların çoxusu saatı xarab olanda mənə göndərir. Amma əksəriyyəti sürücüylə göndərir ki, “Hacıya ver düzəltsin”. Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov özü bir neçə dəfə saatını gətirib düzəltmişəm. Düzü çox da bahalı saat deyildi”.