Məmmədov Gəncə stadionunda - Foto

memmedov-gence-stadionunda
Oxunma sayı: 646

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Gəncəyə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Məmmədov şəhər stadionunun assosiasiya tərəfindən dəyişdirilən ot ortüyü ilə bağlı görülən işlərlə tanış olub. Daha sonra bazaya və ehtiyat meydançalara baxış keçirilib.

Səfər zamanı onu "Kəpəz"ın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu müşayiət edib.