Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib

Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib
Oxunma sayı: 157

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib. Səfər çərçivəsində Məmmədyarov dünən region üzrə tanınmış mütəxəssislər – Brookinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin Direktoru xanım Fiona Hill, Corc Vaşinqton Universitetin Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə direktor müavini Kory Velt, Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Val, Ceymstaun Fondunun direktoru Qlen Hovard ilə görüşüb.

Nazir Azərbaycanda müstəqil siyasətin aparılması, regionda aparıcı dövlət olması, regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması barədə geniş məlumat verib. Məmmədyarov eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında iştirakçıları məlumatlandırıb.

Nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb. Görüşdə regional və qlobal məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Məmmədyarov dünən həmçinin Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Məşvərət Şurasının üzvü, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Jbiqniev Bzjejinski ilə görüşüb. Nazir ilk növbədə həmsöhbətinə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycanın apardığı daxili və xarici siyasəti haqda, ölkənin iqtisadi siyasətinə toxunaraq əldə edilmiş son nailiyyətlər barədə məlumat verib.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi