Məmmədyarov ABŞ-da ermənilərdən danışıb

Məmmədyarov ABŞ-da ermənilərdən danışıb
Oxunma sayı: 160

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetləri haqda iştirakçılara geniş məlumat verib. Azərbaycanın iqtisadi sahədə apardığı siyasət məsələsinə toxunaraq, dövlətimizin regionda aparıcı dövlət olması, enerji sahəsində əldə etdiyimiz uğurlar, regional layihələrdə fəal iştirak etməsi və bir çox beynəlxalq layihələrin müəllifi olduğunu jurnalistlərin diqqətinə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında geniş məlumat verən nazir BMT TŞ-nın 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Məmmədyarov daha sonra Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərə toxunaraq, bir çox sahələrdə apardığımız uğurlu əməkdaşlıq barədə media nümayəndələrini məlumatlandırıb.

Nazir həmçinin BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri jurnalistlərin diqqətinə çatdırıb.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi