Məmmədyarov ATƏT-in yeni səfiri ilə görüşdü

memmedyarov-atet-in-yeni-sefiri-ile-gorusdu
Oxunma sayı: 652

“Qafqazinfo"nun Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfir K.Tarqay Azərbaycana yeni səfir təyin olunmasından məmnun olduğunu bildirib. O, fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx və səmərəli əlaqələr quracağını qeyd edib. Öz növbəsində Nazir E.Məmmədyarov K.Tarqayı təyinatı münasibəti ilə təbrik edib, ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu qeyd edərək bu əməkdaşlığın daha da genişlənəcəyi və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib və ona yeni iş yerində müvəffəqiyyətlər arzulayıb.

Səidə