Məmmədyarov Belçikaya getdi

memmedyarov-belcikaya-getdi
Oxunma sayı: 769

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, E.Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak edəcək.

Bildirilir ki, səfər çərçivəsində E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.