Məmmədyarov erməni həmkarı ilə Nyu-Yorkda görüşəcək

memmedyarov-ermeni-hemkari-ile-nyu-yorkda-gorusecek
Oxunma sayı: 850

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yeni görüşlə bağlı razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN sözçüsü Hikmət Hacıyev “Ria-Novosti” saytına açıqlamasında deyib. 

Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəklər. 

Qeyd edək ki, nazirlərin ilk görüşü iyulun 11-i ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Brüsseldə baş tutub.