Məmmədyarov Fransa XİN başçısıyla Qarabağdan danışdı

memmedyarov-fransa-xin-bascisiyla-qarabagdan-danisdi
Oxunma sayı: 728

Fransaya işgüzar səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Fransanın Xarici İşlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə  əməkdaşlıq imkanlarını müzakirə etdilər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

Nazir Elmar Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb.

Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.

Həmçinin, nazirlər Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyi üzrə Brüssel sammitinin nəticələri və Aİ-Azərbaycan arasında yeni strateji əhəmiyyətli tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar.