Məmmədyarov görüş keçirib

Məmmədyarov görüş keçirib
Oxunma sayı: 154

“Qafqazinfo”nun nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa İttifaqı ilə məkdaşlığın intensivləşdiyini qeyd edən tərəflər bu xüsusda “Şərq tərəfdaşlığı proqramı”nın əhəmiyyətini vurğulayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını deyən nazir E. Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıq prosesi barədə məlumat verib, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərt olduğunu qeyd edib.

Öz növbəsində M.Layçak Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu söyləyib.

Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi