Məmmədyarov həmkarları ilə görüşdü

memmedyarov-hemkarlari-ile-gorusdu
Oxunma sayı: 638

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Böyük Britaniyanın Xarici İşlər Naziri Uilyam Heyqlə keçirilən görüşdə iki ölkə arasında iqtisadi və enerji sahələrində, həmçinin beynəlxalq təşkilatlar və BMT TŞ çərçivəsində perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Gürcüstanın Xarici İşlər Naziri Qriqol Vaşadze ilə görüşən Nazir Elmar Məmmədyarov Gürcüstanlı həmkarı ilə Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli əlaqələr və regionda mövcud olan münaqişələrin həlli perspektivlərini müzakirə edib.

Daha sonra Nazir Elmar Məmmədyarov Litva Respublikasının Xarici İşlər Naziri Audronius Ajubalislə görüşüb. Litva tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatını yüksək qiymətləndirib. Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Səidə