Məmmədyarov isveçli həmkarı ilə görüşüb

Məmmədyarov isveçli həmkarı ilə görüşüb
Oxunma sayı: 302

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə görüşüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlərə nəzər salınıb və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Bu il Azərbaycanla İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi məmnuniyyətlə vurğulanıb.

Görüşdə Azərbaycan və İsveç arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib və bu xüsusda İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir edilib, qarşılıqlı sərmayələrin artırılmasının vacibliyinə toxunulub. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu qeyd ediblər.

Nazirlər Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqların hazırkı səviyyəsi ətrafında fikir mübadiləsi aparıblar və bu sazişin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişafına töhfə verəcəyinə inamlarını ifadə ediblər. Tərəflər Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə keçiriləcək Brüssel sammitinə toxunublar və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov, həmçinin, Azərbaycanın Avropa İttifaqının üzv ölkələri ilə qarşılıqlı hörmət və anlayışa əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib və 10-a yaxın Aİ üzvü olan ölkə ilə ayrı-ayrılıqda strateji tərəfdaşlığa dair sazişin imzalandığına dair məlumat verib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi