Məmmədyarov, Lavrov və Nalbandyan görüşür - Qarabağ üçün

memmedyarov-lavrov-ve-nalbandyan-gorusur
Oxunma sayı: 634

Aprelin 28-də Moskvada Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan XİN-i məlumat yayıb. 

Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq. Əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi ətrafında olacaq.