Məmmədyarov, Lavrov və Nalbandyan Qarabağla bağlı - Razılığa gəldilər

Məmmədyarov, Lavrov və Nalbandyan Qarabağla bağlı
Oxunma sayı: 2928

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü baş tutub.

“Qafqazinfo” Rusiya XİN-nə istinadən xəbər verir ki, görüşdə Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan ötən il Vyana və Sank-Peterburq sammitlərində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində əldə edilən sazişin həyata keçirilməsi ilə bağlı çıxışlar ediblər. 

Azərbaycan və Ermənistan XİN rəhbərləri Sergey Lavrova  münaqişənin dinc yolla həllində göstərdiyi yardım səylərinə görə minnətdarlıqlarını ifadə ediblər.  

Üçtərəfli görüşün sonunda Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri ilə görüş keçiriblər. 
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi