Məmmədyarov Mahamat ilə görüşüb

Məmmədyarov Mahamat ilə görüşüb
Oxunma sayı: 604

Azərbaycannın XİN rəhbəri Elmar Məmmədyarov Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Afrika İttifaqı yanında müşahidəçi statusunda Azərbaycanın son illər ərzində təşkilatla əlaqələrinin genişlənməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi məmnuniyyətlə qeyd olunub.

Elmar Məmmədyarov Azərbaycan və Afrika İttifaqı ölkələri arasında iqtisadi, təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, SSRİ dövründə Azərbaycanda təhsil almış Afrikadan olan gənclər bu gün qitə ilə Azərbaycan arasında dostluq körpüsü rolu oynayırlar.

Nazir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, 2017-2019-cu illər üzrə isə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Afrika qitəsinin problemlərinə xüsusi diqqət ayırdığını vurğulayıb. O həmçinin, Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyini qeyd edərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi