Məmmədyarov Marşal Fondunun üzvləri ilə görüşdü

memmedyarov-marsal-fondunun-uzvleri-ile-gorusdu
Oxunma sayı: 639

Nazirliyin Mətbuat Xidmətindən “Qafqazifo”ya verilən xəbərə görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycanın regionda yeri və rolu, Avropa institutlarına inteqrasiya istiqamətində atılan addımlar, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, təhsil sahəsində görülən işlər və regionda həyata keçirilən enerji layihələri barədə qonaqlara ətraflı məlumat verib.

Nazir Elmar Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat vermiş və məsələ ilə bağlı ünvanlanmış sualları cavablandırıb.