Məmmədyarov Minskə səfər edəcək

memmedyarov-minske-sefer-edecek
Oxunma sayı: 769

Xarici işlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərinə səfər edəcək.

"Qafqazinfo" xəbər verir ki, nazir Minskdə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. 

Tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.