Məmmədyarov Nalbandyanla ilin sonunadək görüşə bilər

Məmmədyarov Nalbandyanla ilin sonunadək görüşə bilər
Oxunma sayı: 298

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Cenevrə sammitinin nəticələrinə əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

O deyib: “Digər fromatda təmaslara gəldikdə isə, onlar da istisna edilmir, üzərində işlənilir”.

Qeyd edək ki, bu il oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Cenenvrədə görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi