Məmmədyarov Nyu-Yorka gedir

memmedyarov-nyu-yorka-gedir
Oxunma sayı: 644

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 19 sentyabr tarixində BMT Baş Assambleyasının 66-cı Sessiyasında iştirak etmək məqsədilə Nyu Yorka səfər edəcək. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfər zamanı Nazir E. Məmmədyarovun Baş Assambleyanın iclaslarında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.