Məmmədyarov Nyu-Yorkda daha bir görüş keçirdi

memmedyarov-nyu-yorkda-daha-bir-gorus-kecirdi
Oxunma sayı: 1450

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçellə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.