Məmmədyarov Putinin geri çağırdığı səfirlə görüşdü

memmedyarov-putinin-geri-cagirdigi-sefirle-gorusdu
Oxunma sayı: 1522

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı səfir Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirdib və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.

Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir Vladimir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.