Məmmədyarov türkiyəli deputatla görüşüb

memmedyarov-turkiyeli-deputatla-gorusub
Oxunma sayı: 650

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Elmar Məmmədyarov TBMM-in deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də prezident İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib. 

Nazir Elmar Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdşlığın önəmini bildirib.