Məmmədyarov Türkmənistana səfərə gedib

memmedyarov-turkmenistana-sefere-gedib
Oxunma sayı: 660

Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkmənistana rəsmi səfərə yola düşüb.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.

Qeyd edək ki, Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2-3 aprel 2014-cü ildə Azərbaycan Respublikasında rəsmi səfərdə olub.