Məmmədyarov və Nalbandyan görüşüb

memmedyarov-ve-nalbandyan-gorusub
Oxunma sayı: 647

Görüşdə etimadın möhkəmləndirilməsi imkanı barədə fikir mübadiləsi aparılıb. Bu barədə Trend bazar ertəsi təşkilatın saytına istinadən məlumat verir.

Həmsədrlər İqor Popov (Rusiya), Yan Kelli (ABŞ) və Jak For (Fransa) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər.

Həmsədrlər nazirlərlə 2012-ci ilin oktyabrında sülh prosesinin irəliləməsi üzrə tərəflərə təqdim etdikləri təklifləri müzakirə etməkdə davam edirlər.